RU
Ərdoğanı öldürmək istəyənlər tutuldular
16:55
1434

Ərdoğanı öldürmək istəyənlər tutuldular

7News.az DHA-ya istinadən bildirir ki, iyulun 15-də, gecə saatlarında Marmarisə yollanaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum çəkən xüsusi təyinatlı hərbçilərin ("bordo berelilər") 11 nəfəri Marmarisin Ula rayonundakı Şirinköy kəndinin ətrafındakı meşəlikdə ələ keçiblər.

Enes Yılmaz, Ergün Şahin, İsmail Yiğit, Mehmet Demir, Muhammet Burak İpek, Murat Köse, Şükrü Seymen, Bahadır Sagun, Mehmet Öztürk, Mustafa Serdar Özay və Muammer Gözübüyük bu gün Muğla Polis İdarəsinə aparılıblar.

Onlar ilkin ifadələrində bildiriblər ki, qaçıb gizləndikləri, meşədə yaşadıqları günlər ərzində şəkər, ərik, qaysı, qarğıdalı, yetişməmiş portağal və narıngi yeməklə günlərini keçiriblər.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ