RU
Ərdoğanın Bakı səfəri təxirə salınmayıb
11:29
1044

Ərdoğanın Bakı səfəri təxirə salınmayıb

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanın sabah Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınmayıb.

Türkiyənin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, səfərin təxirə salınması ilə bağlı rəsmi Ankaradan hələ ki, heç bir məlumat daxil olmayıb:

“Hələ ki, səfər planı gündəmdədir. Lakin son anda qərarın dəyişdiriləcəyi də istisna edilmir”.

Xatırladaq ki, prezident Ərdoğanın hələ fevralın 18-də Azərbaycana səfəri nəzərdə tutulmuşdu. Dövlət başçısının Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirakı planlaşdırılsa da, paytaxt Ankarada bir gün öncə baş verən terror aktına görə, səfər təxirə düşmüşdü.

Bununla bağlı Ərdoğan prezident İlham Əliyevə zəng edərək məlumat vermişdi./qafqazinfo.az

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ