RU
Ərdoğanın danışdığı telefonla bağlı
17:00
1380

Ərdoğanın danışdığı telefonla bağlı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə hərbi çevrilişə cəhd zamanı videomüraciəti yayımlanan mobil telefonla bağlı fantastik təklif irəli sürülüb.

7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezidentin Türkiyə xalqını "FaceTime"dan küçələrə çağırdığı telefonu almaq üçün ərəb iş adamı 1 milyon riyal (417,688 AZN) verməyi təklif edib. 

Qeyd edək ki, Ərdoğanın videomüraciəti “HaberTürk” kanalının jurnalisti Hande Firatın telefonu vasitəsi ilə yayımlanıb.

Müraciət zamanı Ərdoğan ölkə vətəndaşlarını meydanlara çağırmışdı.

Məlumat üçün bildirək ki, iPhone markalı telefonun təxmini qiyməti 1000 dollar divarındadır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ