Türkiyənin Tarabya bölgəsində, prezidentin Huber Köşkü qarşısında insident baş verib.
7news.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, naməlum şəxs prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini bildirib.
Mühafizəçilər vətəndaşı gözləmə otağına yönləndirib. Bu zaman vətəndaş Ərdoğanla görüşmək istədiyini bildirib, qışqırmağa başlayıb. Bu zaman sözügedən şəxs onu sakitləşdirməyə çalışan polisə hücum edib, onun əlindəki silahı götürərək özünü öldürmək istəyib.
Başından güllə yarası alan şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib.
7news.az











