Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Əgər bir gün millətim "Tamam” desə, o zaman biz kənara çəkiləcəyik” sözləri sosial şəbəkədə ən çox paylaşılan söz olub.
BNEWS.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qısa müddətdə bir-birinin ardınca gələn "Tamam” mesajlarına məşhurlar və siyasətçilər də daxil olunca, bu söz təkcə Türkiyədə deyil, dünya üzrə də ən çox paylaşılan sözlərdən biri olub. Belə ki, bu günə kimi "Tamam” mesajı 2 milyondan çox insan tərəfindən paylaşılıb. Müxalifət partiyası da sosial şəbəkədə yaranan bu dalğadan istifadə edərək, "Tamam” tvitləri atıbılar.
Qeyd edək ki, tvit atanlar arasında Türkiyənin 13 ildir yayımlanan reytinqli serialı "Arka Sokaklar"da Mesut obrazını canlandıran aktyor Şevket Çoruh və Fırat Tanış ilə yanaşı, "Üzüklərin hökmdarı” filmində rol alan aktyor Elijah Vood, eləcə də model və aktyor Amanda Cerny və Djonni Sins də var.
7news.az








