Türkiyə polisi hərbi çevrilişə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğanın olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin saxlanılması üçün əməliyyat aparır.
7News.az-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, üç xüsusi təyinatlı saxlanılıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb./trend
7News.az








