Əgər İŞİD-dən neft aldığımız sübut edilərsə, mən bu postda qalmaram. Cənab Putindən soruşuram, Siz bu vəzifədə qalarsınızmı?".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinin Türkiyənin İŞİD-dən neft aldığına dair sözlərinə cavab verərkən bildirib.
"Türkiyənin İŞİD-dən neft aldığını demək əxlaqi sözlər deyil. Burada çox iddialı məsələni qaldırıram. Əgər bu, sübut edilərsə, mən bu postda qalmaram. Putindən də soruşuram, Siz bu postda qalarsınız, ya yox?", - Ərdoğan qeyd edib.
7news.az








