"Rəcəb Tayyib Ərdoğanın qələbəsinə inandığım üçün buradayam”.
Bunu Türkiyədə "ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan "CNN Türk”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, prezident seçkilərinin II turunda Ərdoğan qalib gəlməlidir: "CHP lideri Kamal Kılıçdaroğlunun qalib gəlməli olduğuna inansaydım, orada olardım. Məni heç kim satın ala bilməz. Mən inandığım istiqamət üzrə hərəkət edirəm. İnanmasaydım burada olmazdım”.
Oğan, həmçinin Ərdoğanın seçkilərdə 53% və daha çox səs toplayacağını hesab etdiyini vurğulayıb.








