Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün qatıldığı proqramda gənc bir qız ilə yaşanan dialoqu izləyənləri güldürüb.
7News.Az xəbər verir ki, gənc qız prezidentdən xahiş edib ki, evə gec gedəndə atası ona əsəbiləşməsin deyə atası ilə danışsın.
Ərdoğan da gənc qızın ricasını cavabsız qoymayıb və onun atasına zəng edib və "çox bəla bir qızın var, Allah bağışlasın. Allah bu davada ayağına daş dəydirməsin, inşallah” sözlərini deyib.
Daha sonra gənc qızıa evə çox gec getməməsini tövsiyə edib.
7News.Az








