Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bu barədə Yelisey sarayı məlumat yayıb.
Qeyd olunub ki, türkiyəli liderlə görüşü zamanı Makron ölkəsinin Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı böhranda daimi siyasi həll yolu tapmaqda qərarlı olduğunu bildirilib.
Makronun Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərilən səylərdən məmnunluğunu ifadə etdiyi vurğulanıb.
Tərəflər Ukraynadakı vəziyyəti də müzakirə edərək, müharibədən yan keçməyin vacib olduğunu qeyd edib.
12:34
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emanuel Makronla görüşüb.
7NEWS.Az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, görüş Brüsseldə NATO liderlərinin fövqəladə iclası çərçivəsində baş tutub.
Türkiyə liderinin NATO-nun Baş katibi, ABŞ Prezidenti, Britaniyanın Baş naziri və Almaniya kansleri ilə də danışıqlar aparacağı gözlənilir.
Xatırladaq ki, danışıqların və sammitin əsas mövzusu Ukrayna ətrafındakı vəziyyətdir.
7NEWS.Az








