“Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüşündə ölkələr arası əlaqələrin yenidən normallaşması üçün danışıqlar aparılacaq”.
Bu barədə Putinin katibi Dmitri Peskov liderlərin avqustun 9-da Sankt-Peterburqda keçirəcək görüşünü şərh edərkən bildirib.
“Görüşkə iki ölkə arasında əlaqələrin necə, hansı tempdə və neçə mərhələdə stabilləşməsinin yollarına dair ciddi fikir mübadiləsi aparılacaq”, - deyə Peskov söyləyib.
O həmçinin qeyd edib ki, görüşdə Suriya məsələsi daxil olmaqla regional problemlər də müzakirə mövzusu olacaq./qafqazinfo
7news.Az








