RU
Ərdogan cütlüyünü onlar canlandıracaq - FOTO
11:22
921

Ərdogan cütlüyünü onlar canlandıracaq - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Məhəmməd Ərbəkin və həyat yoldaşı Əminə Ərdoğanı isə Perihan Savaşın canlandıracağı "Oyanış” filmininin çəkilişlərindən ilk görüntülər yayımlanıb.  

7News.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 27 may 1960-cı il çevrilişi, prezident Turqut Özalın şübhəli ölümü, 15 iyul 2016-cı il çevrilişi və R.T. Ərdoğanın siyasi həyatından bəhs edəcək filmin çəkilişlərinə bir müddət öncə başlanılıb.

Üç lider Adnan Menderes, Turqut Özal və Ərdoğanın oxşarlarının tapılması iki ay davam edib. A.Menderesi Murad Cumaoğlunun, T. Özalı Adem Göçmenin canlandırmasına qərar verilib. M. Ərbəklə P.Savaşın Ərdoğan cütlüyünə bənzərliyi isə daha maraqla qarşılanıb.   

Nigar

Ərdogan cütlüyünü onlar canlandıracaq - Foto

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ