RU
Ərə getməzdən əvvəl bunları bilməlisiniz
11:59
8046

Ərə getməzdən əvvəl bunları bilməlisiniz

Həyat belə qurulub, insanlar səhvləri üzərində öyrənməyə üstünlük verirlər. İşdə, ailə münasibətlərində biz həmişə səhvlər buraxırıq və yalnız keçmişə göz gəzdirərkən görürük ki, başqa cür hərəkət etmək olarmış.

Bu məqalənin  müəllifi bütün ailə cütlüklərinin və ailə qurmağa hazırlaşanların bilməli olduqları öz qiymətsiz təcrübəsini bölüşür. Biz də belə hesab edirik ki, bunları vaxtında bilmək faydalıdır.

1. Söz-söhbətsiz və əbədi sevgi olmur.

Sizin əriniz — sizin uşağınız deyil, bütün ömrü bir keçirməyə hazır doluğunuz partnyorunuzdur. Heç bir zəmanət yoxdur ki, siz bu insanı hər gün, hər ay, hər il sevəcəksiniz, həmçinin onun da sizi nə qədər sevəcəyinə zəmanət yoxdur. 

Ərimlə münasibətlərdə çətinliklər başlayarkən, mən narahat oldum ki, bizim nikahımız dağılacaq. Həm də əgər biz bir-birimizlə belə pis rəftar edirdiksə, onda hansı sevgidən söhbət gedə bilərdi?!

Ailə psixoterapevti bizə izah etdi ki, əbədi sevgi olmur, daim hislərin və emosiyaların zirvəsində qalmaq mümkün deyil. Onda mənə çatdı: Biz heç sevgidən alışmadığımız məqamlarda da xoşbəxt ailə ola bilərik. Bəli, həmişə bir-birimizə güzəştə getməli olacağıq, qarşılıqlı münasibətlər üzərində işləməli olacağıq— hətta 5, 10, 15 illik nikahdan sonra da.

2. Uşaq doğulduqdan sonrakı iki il ən mürəkkəb dövr ola bilər. İmkan verməyin ki, bu dövr sonrakı münasibətləriniz üçün nümunə olsun.

Əlbəttə, uşaq — ailəyə malik olmaq istəyən insanların həyatında ən böyük xoşbəxtliklərdən biridir. Amma eyni zamanda bu, çox mürəkkəb və çətin dövrdür: sizin bütün həyatınız və adət edilmiş həyat tərziniz baş-ayaq olacaq, yuxu nədir bilməyəcəksiniz, hətta düşüncəniz də dəyişəcək.

Hamı münasibətlərə lazımi qədər diqqət ayırmağı məsləhət görür və bu, heç də asan olmayacaq. Çox vacibdir ki, ərinizlə aranızda olan münasibətlərə bu mürəkkəb dövrün nümunə olmasına imkan verməyəsiniz. Umu-küsülərin sizi idarə etməsinə imkan verməyin, yaranan problemləri sakit şəkildə müzakirə edin və səbr etməyi öyrənin. Yaxınlarınızın köməyini qəbul edin və yaxşı olmağa çalışın. Amma heç bir halda gələcək münasibətlərinizi qəzəb üzərində qurmayın.

3. Sizin heç də həmişə aktiv seksual həyatınız olmayacaq.

Sekslə məşğul olmağı nə qədər xoşlasanız da, bu, istədiyiniz qədər olmayacaq. Gec-tez istəklərinizin üst-üstə düşməməsi ilə qarşılaşacaqsınız. Təəssüf ki, bu vəziyyətin həllinə yardım edəcək məsləhət yoxdur, amma bir şey gün kimi aydındır: seksual münasibətlərdə soyuqluğun yaranması sizin ümumi probleminizdir.

Siz istəmədiyiniz halda sekslə məşğul olmağa məcbur deyilsiniz, amma ehtirasın yaranması üçün əlinizdən gələni edin: psixoterapevtə müraciət edin, məhəbbət romanı oxuyun, seksual şəkillərinizi bir-birinizə göstərin. Fantaziyanızı işə salın, amma təslim olmayın.

Bəs əgər siz daha çox ehtirası olan birisinizsə? Heç bir halda təzyiq göstərməyin, bu yalnız vəziyyəti pisləşdirəcək. Ən yaxşı edə biləcəyiniz iş, — bu, başqa gündəlik şeylərdə yaxınlıq tapmaqdır. Sevgi filmlərinə baxın, birlikdə yemək hazırlayın, gün ərzində zəng edin, bir-birinizə toxunun — bu anlar çox əhəmiyyətlidir, həyat da elə bu anlardan ibarətdir.

4. Yarınızı xırda məqamlarla sevindirməyi unutmayın.

Məsələ heç də hədiyyələrdə, güllərdə və ya füsunkar seksdə deyil. Əsas olan odur ki, onu sevdiyinizi, onun səsini eşidərkən nə qədər xoşbəxt olduğunuzu deyəsiniz. Və ya evə yola düşərkən, sadəcə, ona xoş olsun deyə onun sevimli peçenyesini ala bilərsiniz.

Mən elə özüm də ciddi ailədə böyümüşəm, zərif dialoqlar eşitməmişəm, amma əgər bu, ər-arvada həzz verirsə, onda niyə də olmasın? İndi mən də öz hisslərimi ifadə etmək, onlarla bölüşməkdən xoşlanıram. Xoşbəxt nikah bir çox kiçik xoşbəxt anlardan ibarətdir. Ona görə də ağlınıza nəsə romantik şey gələn kimi, dayanmadan bunu edin. Peşman olmazsınız.

5. Münasibətləriniz üzərində işləyin.

Həqiqət budur: nikahda bu və ya digər problemin həllində portnyorlardan birinin nə qədər işləməsindən, nə qədər terapiya kursu keçməsindən asılı olmayaraq, heç bir nikah birgə hərəkətsiz mövcud ola bilməz.

Dağılmış nikahların əksəriyyətində yalnız bir insan həqiqətən ailəni qoruyub saxlamağa çalışır, digəri isə heç bir addım atmağa təşəbbüs etmir. Bəlkə də heç kim onları yardım göstərməyə öyrətməyib və ya onlar bu münasibətlərə heç bir töhfə vermək istəmirdilər. Hər halda onlar sadəcə təslim oldular.

Daha qorxunc həqiqət: səbr göstərmək lazımdır və öz yarınızı sərbəst buraxmalısınız, qoy lazım olan anda sizə yetişsin. Bəzən siz həddən artıq çox iş görəcəksiniz, bəzən də o, amma nəticədə sizin ümumi töhfəniz onsuz da bərabər olacaq. Əgər yalnız bir tərəfdən avar çəkilərsə, qayıq üzməyəcək.

6. Kimin daha çox uşaqla evdə vaxt keçirməsi və ya işləməsi mövzusunda heç vaxt mübahisə etməyin.

Heç bu müzakirəni başlamamağa belə cəhd etməyin, çünki bu müzakirədə qalib tərəf olmayacaq. Siz ikiniz də partnyorunuzun sadəcə, görə bilməyəcəyi bir çox şeylər edirsiniz və siz hər ikiniz var gücünüzlə çalışırsınız. Əgər hansısa problemlər yaranarsa, siz öz narazılığını ifadə edə bilərsiniz və elə görünə bilər ki, hər şey sizin çiyinləriniz üzərindədir, ona görə də bir-birinizə kömək etməyə çalışın.

Amma heç bir halda kimin daha çox iş görməsi mövzusunu qaldırmayın. Hətta əgər nəticə görməsəniz belə yenə də partnyorunuzun əməyini qiymətləndirin. Ona təşəkkür edin. /qaynar.info

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ