RU
Ərəb din xadimi Şah İsmayıl Xətaini təriflədi - VİDEO
13:23
559

Ərəb din xadimi Şah İsmayıl Xətaini təriflədi - VİDEO

Ərəb telekanallarından birində gedən verilişdə bütün türk dünyası üçün maraqlı olan məsələ müzakirə olunub.

7News.az xəbər verir ki, proqramda ərəb tarixçilərinin debatında Səfəvilər və Şah İsmayıl müzakirə olunub.

Əsas məsələ isə İranda qurulan ilk şiə dövlətinin türk sülaləsi tərəfindən qurulması olub.

Tarixçilərdən biri deyir:

- Yeni nəğmə düşüb dillərinə, Səfəvi ha Səfəvi... "Sən şiəsən" - deyib ittiham edə bilmir, "Səfəvisən" -deyir. Bilirsən səfəvi nə deməkdir? Səfəvilik Ərəb düşməni, Səhabə düşməni, Ömər ibn Həttab düşmənidir. Budur Səfəvilik.

Digəri cavab olaraq davam edir:

- Əvvəla Səfəvilik Səfiyəddin Ərdəbilidən gəlir. Ərdəbillilər isə türk dilində danışır. Şah İsmayılın atası Heydər türkdür və türkcə danışır. Şah İsmayılın isə Hz. Peyğəmbər və əhlibeytini mədh edən qəsidələri olan türkcə divanı var. Fars dilində belə deyil. Şah İsmayılın ulu babası Şeyx Səfiyəddin eynən mənim kimi, sünni ikən şiə olub.

 

- Bu dediklərinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Şah İsmayıl güclü dövlət qurmuşdu. Amma atası Avropa ilə müharibələr aparıb fəthlər edən Sultan Səlimin atasını öldürüb taxtı ələ keçirdi. Şiə Şah İsmayıl şərqdəki qardaşlarımızla bizi ayırdı deyərək Avropanı qoyub ərəb bölgəsinə yönəldi. Kimlərlə müharibə etdi? Səfəvilərlə. Misir, Hicaz, Şam və İraqı ələ keçirdi, Avropalılardan əl çəkdi. Sultan Səlim ərəb bölgəsini ələ keçirmək üçün ərəblərlə müharibəyə girdi.

- Olmazın töhmətlər edilən səfəvilər haqqında dedikləri doğru deyil. Səfəvilər İranda qurulan ilk şiə dövlətidir. Amma onu farslar yox, türklər qurub".//a24

7News.az

Ərəb din xadimi Şah İsmayıl Xətaini təriflədi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ