ABŞ-dakı Beverli-Hills şəhərində ərəb diplomatların drifti uğursuzluqla başa çatıb.
Qətərin ABŞ-dakı səfirliyinin əməkdaşları olan iki diplomat Ferrari LaFerrari və Porsche 911 GT3 avtomobillərində şəhər küçələrində yarışa çıxıblar.
Yarış Ferrari-nin mühərrikinin qaynaması və tüstüləməsi ilə başa çatıb.
Sükan arxasında olan qətərli diplomat bunu görəndə sarı rəngli superkarı Porsche və Bugatti Veyron-un saxlandığı həyətə sürüb.
Həmin həyət diplomatın villasının qarşısı idi.
Hadisə yerinə çağırılmış polis qətərliləri saxlamayıb, çünki onların diplomatik toxunulmazlığı vardı.
Olayla indi ABŞ-ın Dövlət Departamenti məşğul olur.
7news.az








