RU
Ərəb ölkələri hasilatı azaltdıqdan sonra qiymətlər 6 faiz artıb
12:15
55

Ərəb ölkələri hasilatı azaltdıqdan sonra qiymətlər 6 faiz artıb


7NEWS.az xəbər verir ki, OPEC+ ÜZVÜ Səudiyyə Ərəbistanı, İraq, Əlcəzair, Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt may ayından etibarən gündəlik neft hasilatını təxminən 1 milyon barel azaltmaq qərarına gəlib. Üstəlik, bazar ertəsi səhər Asiya bazarında neft qiymətləri təxminən 6 faiz artıb.
Qərbi Texas neftinin barreli 5,74 faiz artaraq 80,01 dollara, Brent markalı neft isə 5,67 faiz bahalaşaraq 84,42 dollara satılıb.

Reuters Goldmanın neft qiymətlərində artımın 7 faizə çata biləcəyi ilə bağlı proqnozunu sitat gətirib.

Rusiya da neft hasilatını gündəlik 500 min barel azaldacağını açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ