Ərəb ölkələri İran prezidenti İbrahim Rəisi və bəzi səlahiyyətlilərin vertolyot qəzası səbəbilə İranla həmrəylik mesajı verərək axtarış işlərinə dəstək verməyə hazır olduqlarını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rəisi daşıyan vertolyotla bağlı mətbuatda əksini tapan xəbərin "böyük narahatlıqla” izləndiyi bildirilib. Rəhbər və ətrafı üçün dualar edildiyi bildirilən bəyanatda Səudiyyə Ərəbistanının "bu çətin şəraitdə İranın yanında olduğu və bütün lazımi yardımı göstərməyə hazır olduğu" bildirilib.
7NEWS.az








