Misirdə nəşr olunan "Əl-Məsri Əl-Youm” qəzeti Qahirənin 235 min ton rus buğdasının alınmasına dair müqavilə imzaladığını yazıb.
7NEWS.az xəbər verir ki, Misirin Dövlət Əmtəə Ticarət Təşkilatı (GASC) 235 min ton rus buğdasının alınması üçün müqavilə imzalayıb, buğda 15 sentyabr - 15 oktyabr tarixləri arasında iki partiyada alınacaq.
Qəzetin yazdığına görə, buğdanın birinci partiyası (175 min ton) sentyabrın 15-dən 30-a kimi Misirə, ikinci partiyası (60 min ton) isə ayın 1-dən 15-dək Misirə çatdırılacaq.
7NEWS.az








