Terror təşkilatının təzyiqi altında olan ərəb qəbilələri Deyr əz-Zor vilayətinin şərqində PKK/YPG-yə qarşı əməliyyata başlayıb.
7NEWS.az xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində ərəb qəbilələri ilə PKK/YPG terrorçuları arasında təxminən 2 həftəlik fasilədən sonra yenidən qarşıdurma başlayıb. Terror təşkilatının təzyiqi altında olan ərəb qəbilələri səhər saatlarında Deyr əz-Zorun şərq çölündə PKK/YPG-yə qarşı əməliyyata başlayıb.
7NEWS.az








