RU
Ərəb şeyxləri yenidən Azərbaycana gəldi
19:39
525

Ərəb şeyxləri yenidən Azərbaycana gəldi

Bu gün günorta saatlarında 10-a yaxın ərəb şeyxi Azərbaycana gəlib.

7News.Az-ın verdiyi xəbərə görə, onlar ov üçün ölkəmizə gəliblər.

“Qatar airways” şirkətini təyyarəsi ilə gələn şeyxləri özlərinin Şahin quşları da müşayiət edib. Ərəb şeyxinin ov quşu olan “Şahin”lə fotosunu hava limanında sərnişinlərdən biri çəkib.

Qeyd edək ki, bir neçə gün öncə də bir neçə zəngin ərəb Azərbaycana ova gəlib.

***

7News.Az-ın əldə etdiyi məlumata görə, ölkəyə ov turizmi üçün Birləşmiş Ərəb Əmirliyindən 11 nəfər gəlib. Qonaqları müşayiət edən rayon sakinlərinin sözlərinə görə, onların yarısı Hərbi Ovçular İttifaqının xətti ilə gəlib, digərləri isə Fövqəladə Hallar Nazirliyinin qonaqlarıdır və ov etmək üçün icazə alıblar.

Ərəb şeyxlərinin ov icazələrinin olub-olmadığını dəqiqləşdirmək üçün Ekologiya Nazirliyi ilə əlaqə saxladıq. Öyrəndik ki, onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan ov etmək üçün ov icazəsi alıblar.

Xatırladaq ki, xarici vətəndaşlara Azərbaycan Respublikası ərazisində ov etmək üçün icazənin verilməsi 20 aprel 2004-cü il tarixli “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı bəndi ilə təsbit edilmiş və Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiqlənən “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası” ilə tənzimlənir.

Ərəb şeyxləri yenidən Azərbaycana gəldi - Yenilənib

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ