Sürətlə hərəkət edən yük maşını qırımızı işıqda dayanan 10-a yaxın avtomobilin üstündən keçib.
Hadisə Səudiyyə Ərəbistanın Mədinə şəhərində baş verib.
Arxadan həddən artıq sürətlə hərəkət edən yük maşını işıqforun qırmızı işığında dayanan 10-a yaxın avtomobilin üstündən keçərək aşıb.
Qəzada 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qəzanın anbaan görüntüləri isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb./olke








