7NEWS.az xəbər verir ki, Avqustun 27-də terror təşkilatı PKK/YPG-nin Deyr əz-Zor Hərbi Şura qruplaşmasının lideri Əhməd əl-Habili saxlamasından sonra başlayan qarşıdurmalar digər qəbilələrin də dəstəyi ilə böyüyüb. Ərəb qəbilələrinin başlatdığı silahlı mübarizədən sonra PKK/YPG terrorçuları nəzarət etdikləri bölgələrdən qaçmağa davam edir. Yerli mənbələrdən əldə edilən məlumata görə, ərəb qəbilələri Hələbin Deyr əz-Zor, Rakka, Həsəkə və Mənbicdə 33 kəndi terror təşkilatı PKK/YPG-dən azad edib. Diban qəsəbəsində şiddətli qarşıdurmaların davam etdiyi öyrənilib.
7NEWS.az








