RU
Ərəb teleaparıcı
17:40
777

Ərəb teleaparıcı "əxlaqsızlığa" görə həbs olundu - VİDEO

Səudiyyə Ərəbistanının ən məşhur teleaparıcılarından biri, müğənni Abdulla əl Şəhani həbs olunub. O, "ictimai yerdə mənəviyyatsız, əxlaqsız və tərbiyəsiz hərəkət" etməkdə suçlanır.

Səudiyyə Ərəbistanının cənub-qərbindəki Taif şəhərində konsert zamanı Abdulla əl Şəhani səhnədə "dabbinq" hərəkətini yerinə yetirib.

"Dabbinq" dünyada geniş yayılmış, populyar hərəkətdir və qələbə sevincini izhar edir.

Səudiyyə Ərəbistanının DİN-i isə bu hərəkəti "narkotik maddələrin və narkomaniyanın təbliğatına yönələn, əxlaqsız hərəkət" təki dəyərləndirib.

Teleaparıcı Tvitter-dəki profilində üzr istəyib: "Bu hərəkətimə görə çox hörmətli və müdrik hökumətimizdən, tamaşaçılarımdan üzr istəyirəm. Lütfən, məni bağışlayın".

 

Səudiyyə Ərəbistanının tanınmış jurnalistlərindən olan Əyyad əl Əyyad isə olayı belə dəyərləndirib: "O konsertdə qadınlar da çığırırdılar. Bu, biabırçılıq idi və məni narahat edir. Qanunu pozanlar həbs olunmalıdır. Polisə minnətdaram"./milli

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ