Səbail rayonunda BƏƏ-nin vətəndaşı Alzu Abidi İmranın pul kisəsi oğurlanıb.
7news.Az-a verilən məlumata görə, 39-cu polis bölməsinə şikayət edən ərəb pul kisəsinin içərisində 200 ABŞ dollar pul olduğunu bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərhad Ağaəliyev saxlanılaraq istintaq orqanına təhvil verilib.
Faktla bağlı Səbail RPİ-də oğurluq maddəsi ilə cinayət işi başlanıb.
7news.Az








