RU
Ərəb turistləri Bakıya gətirən avtobus dərəyə aşdı: 2 ölü, 16 yaralı — FOTO
13:52
3632

Ərəb turistləri Bakıya gətirən avtobus dərəyə aşdı: 2 ölü, 16 yaralı — FOTO

Ölən və yaralananlar var.

7News.Az xəbər verir ki, bu gecə saat 11 radələrində İsmayıllı-Muğanlı yolunda, Ağsu çayının yaxınlığında avtoqəza baş verib. İçərisində turistlərin olduğu bildirilən 90VX672 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobus dərəyə aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 16 nəfər müxtəlif bədən xəsarəti alıb.

Mikroavtobusda olanların hamısı ərəb turistlər oldub.

Hadisə yerinə təcili-tibii yardım maşınları cəlb edilib. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib./olke.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ