Səudiyyə Ərəbistanı məhkəməsi Allahsızlıqda günahlandırılan fələstinli şair Əşrəf Fəyyada verilən ölüm hökmünü 8 il həbs cəzası və 800 qamçı zərbəsi ilə dəyişib.
7news.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı bu gün “Əl-Vətən” qəzeti verib.
Məlumata görə, Səudiyyə Ərəbistanında yaşayan Fəyyadın şeirləri Beyrutda dərc olunduqdan sonra Səudiyyə hakimiyyəti onu ateizmdə günahlandırıb.
7news.az








