RU
Ərəblər Bakıda ev alır
13:23
1659

Ərəblər Bakıda ev alır

Ərəb turistlərinin Bakıdan daşınmaz əmlak alması ilə bağlı hər hansı rəsmi açıqlama, araşdırma yoxdur. Bu, sadəcə, kimlərinsə hardasa gördüyü məsələlərdir.

7News.az bildirir ki, bunu açıqlamasında iqtisadçı ekspert Bahalaşma üçün bəhanə, yoxsa?.. ərəblərin Bakının mənzil bazarına üz tutmaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda əcnəbilərin daşınmaz əmlak alması məsələsi asan deyil: "Məsələn, Türkiyədə xaricilərə birbaşa mənzil almaq hüququ verilir. Azərbaycanda isə qaydalar fərqlidir. Əgər rəsmi rəqəmlər olsaydı, bu artımın hansı səviyyədə olduğunu görərdik. Mənə elə gəlir ki, mənzil bazarında qiymətlərin qalxmasına yönəlik ajiotaj yaradılır.

Ərəblərin Azərbaycana gəlməsi isə başqa məsələdir. Çünki Azərbaycan ərəb ölkələri üçün vizanı aradan götürüb. Onlar, əsasən, Türkiyədə dincəlməyə üstünlük verirdilər. Son zamanlar Türkiyədə olan terror hadisələri və hərbi çevriliş cəhdi ora turist axınını zəiflətdi. Gürcüstanda da xeyli sayda iran və ərəb turistlərə rast gəlmək mümkündür. Bundan əlavə, ərəb ölkələrində həyat tərzi qapalı olduğu üçün onlar Azərbaycanda daha rahat dincələ bilərlər.

Turistlərin sayının artması isə pozitivdir. Çünki bunun iqtisadiyyata müsbət təsirləri olacaq"./qafqazinfo

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ