RU
Əri azərbaycanlı qadını döyərək bu hala saldı
20:51
899

Əri azərbaycanlı qadını döyərək bu hala saldı

Türkiyədə Azərbaycan əsilli türk vətəndaşı Elmira boşandığı həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb.

7news.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Antalya şəhərində baş verib. Qadının əvvəlki əri Elmiranın qışqırıb qaçmaması üçün əllərini, ayaqları və ağzını bağlayıb. Talehsiz qadın ölümdən anasına göndərdiyi bir mesajla xilas olub.

2 uşaq anası Elmira evinə gizlicə girən həyat yoldaşı tərəfindən öldürülməklə təhdid edilib. Adı açıqlanmayan ər qadının qolunu qırıb. Bu hadisədən sonra gözü qorxan qadın evinin qapısını dəfələrlə kilitlədiyini və yanında bıçaq gəzdirdiyini söyləyib.

Başına gələnləri həyəcanla danışan qadın sözlərinə belə davam edib:

"Mənə vurduğu o an özümdən getdim. Oyananda kreslonun üzərində idim və əllərimi, ayaqlarımı, ağzımı bağlamışdı. Məni öldürmək istəyirdi. Hadisə zamanı anama gizilincə mesaj yazdım. Bundan sonra anam polisə xəbər verib və məni xilas ediblər. Sağolsun qonşular indi tez-tez gəlib mənə nəzarət edirlər".

7news.az

 

Əri azərbaycanlı qadını döyərək bu hala saldı - Fotolar
Əri azərbaycanlı qadını döyərək bu hala saldı - Fotolar

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ