İngiltərə ordusunda vəzifə yerinə yetirən bir əsgərin həyat yoldaşı olan Karoline Salisbury, 14 yaşlı bir uşaqla cinsi əlaqəyə girdiyi üçün üç il həbsdə yatacaq.
7News.az xəbər verir ki, gənc qadının daha əvvəl də 17 yaşında bir gənclə cinsil əlaqədə olduğu qeyd edilib. Məhkəmə, düşərgələrdə tanış olduğu uşaqla cinsi əlaqədə olanda 25 yaşında olan Salisbury haqqında verilən təxirə salınmış iki illik həbs cəzasını "yüngül" qeyd edərək pozub və gənc qadının həbsxanaya girməsinə hökm edib. Salisbury hərbi məhkəmədə mühakimə olunub. İngilis qanunlarına görə, vəzifəli əsgərlərin ailələri də hərbi qaydalara tabe olmalıdı...
Guardian xəbərində, əsgərlərin uşaqlarına məktəbə gedib gələrkən yoldaşlıq edən qadın, o dövrdə 14 yaşında olan uşağa sosial mediadan mesajlar göndərib. 2013-ci ildə üç həftəlik bir müddət ərzində birlikdə olduqlarını etiraf edən Salisbury, qərarı eşidincə göz yaşları içində məhkəmə salonundan çıxıb. The Mirrorda yer alan xəbərə görə, qadın, həyat yoldaşı evdə yoxkən uşaqla dörd dəfə əlaqəyə girib. Qərarı açıqlayan hakim, gənc qadının psixoloji müayinəsində "pedofil" ya da "cinsi seçimlərində bir pozuqluq" olduğuna dair bir tapıntıya rastlanmamasına qarşı, daha əvvəl də 17 yaşlı bir uşaqla da əlaqədə olduğu qeyd edilib./strategiya.az
7News.Az








