RU
Əri evi yandırdı, ailə küçədə qaldı
16:25
479

Əri evi yandırdı, ailə küçədə qaldı

Abşeron rayonunun Təzəkənd kəndində əri tərəfindən evi yandırılan qadın 3 körpəsi ilə qonşunun təndirxanasında qalmağa məcbur olub.

Gənc Xeyriyyəçilər İctimai Birliyinin sədri Aytən Bamizar bildirib ki, qadının yoldaşı evin daş və taxtasının pulu verilmədiyi təqdirdə evi yandıracağını söyləyib: “Vətəndaş nikahında olan ailə idi. Yoldaşı evdən gedən zaman evin daşının və taxtasının pulunun ona aid olduğunu bildirib pul istədi. Pul verilməyəcəyi təqdirdə də evi yandıracağı ilə bizə hədə-qorxu gəldi. Biz fikirləşdik ki, uşaqlarına görə belə bir şey etməz, ancaq o, iyul ayının 29-da evi yandırdı və ailə küçədə qaldı”.

Birlik sədri qohumlarının qadına kömək etmək istəmədiyini qeyd edib: “Burada olan qohumları sahib çıxmaq istəmir. Ata-anası da rayondadır, vəziyyətləri yaxşı deyil. Qonşunun təndirxanasına sığınıblar. Nə qapı var, nə də ki pəncərə. Bu havada orada yaşamaq qeyri-mümkündür. 3 oğlan uşağıdır, birinin 7, birinin 3, birinin də 2 yaşı var. Körpələr bu havada orada qala bilmir deyə, öz evimə gətirmişəm. Yeni tikiləcək evin daşını da mən almağa hazıram, səsimizi eşidən imkanlı şəxslər də yardım etsə, ailənin yaşaması üçün balaca bir yer tikmək olar”.

Ailəyə kömək etmək istəyən şəxslər (077) 347 16 14 nömrəsi ilə əlaqə saxlaya bilər./qafqazinfo

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ