RU
Əri iki uşaq anasının başqa kişi ilə şəklini tapdı, qan tökdü - Azərbaycanda
10:40
760

Əri iki uşaq anasının başqa kişi ilə şəklini tapdı, qan tökdü - Azərbaycanda

Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub.

Kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.


***
Sumqayıtda qətl törədilib.

Sumqayıt şəhər Prokurorluğundan 7news.az-a verilən məlumata görə, şəhərin 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb.

R. Feyziyev saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ