RU
Əri tərəfindən döyülən qadın özünü binadan atdı – Bakıda dəhşət
12:00
232

Əri tərəfindən döyülən qadın özünü binadan atdı – Bakıda dəhşət

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. 

Buna görə də Ü.Tağıyeva özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıb.

Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ