Türkiyədə canlı yayımlanan verilişə telefonla qatılan tamaşaçının “Həyat yoldaşım iflicdir, ona xəyanət edirəm" deməsi hamını şok edib.
Qadının bu etirafları həm ekran başındakıları, həm də studiyadakıları çox təəccübləndirib.
“5 aylıq evli ikən ərim avtomobil qəzası keçirdi, iflic oldu. O zaman 4 aylıq hamilə idim. Kədərdən uşağımı da itirdim. Həyat yoldaşımın əli-ayağı tutmur. Bəlli bir zamanda onu aldatmayacağımı fikirləşirdim. Amma bundan 7 ay əvvəl həyatıma qaynım daxil oldu. Aramızda dəyişik bir şeylər yaşandı. O, yaşca məndən kiçikdir, subaydır. Ona aşiq oldum” deyən qadının bu sözləri hamını mat-məətəl qoyub.
Aparıcılar bunun yanlış hərəkət olduğunu söyləyərək canlı efirdə qadının səsini kəsiblər./big.az
7news.Az








