İstanbulda Universitet tələbəsi sevgilisi olduğu iddia edilən kişinin həyat yoldaşı tərəfindən məhkəməyə verilib.
7news.Az Türkiyə mətbuatına istinadən bildirir ki, belə ki, həyat yoldaşının qızı yaşında biri ilə eşq macərası yaşadığı öyrənən qadın ona gələn təhdid və təhqir dolu mesajları məhkəməyə sübut olaraq təqdim edib.
Ərini xəyanətdə ittiham edən qadının sözləri isə hər kəsi təəccübləndirib. O, məhkəmə prosesində tələbənin ona qarşı sərt ifadələr işlətdiyini söyləyib:
"Həyat yoldaşımın telefonunda mesajlar var idi. Tələbə qız ondan tələb edirdi ki, bu ay evimin kirayə haqqını ödəməlisən. Sənin üçün çox darıxıram, deyə yazmışdı. Dərhal o nömrəyə zəng etdim və tələbə qız mənə bu sözləri dedi: "Universiteti bu il bitirirəm. Səndən boşanmağı üçün mənim təhsilimi bitirməyimi gözləyirdik. Əkrəm səndən razı deyil, ərini xoşbəxt edə bilmirsənsə aramızdan çəkil". Bu sözlərdən sonra evlilik həyatında şok yaşayan qadın həyat yoldaşından o qızdan ayrılmasını tələb edib. Lakin həyat yoldaşı evi tərk edib.
Qeəd edək ki, gənc tələbə məhkəməyə ifadəsində qadının onu təhqir etdiyini dilə gətirib: Məhkəmədə ifadə verən qız haqqında irəli sürülən iddiaları rədd edərənk bunları deyib:
"Sevgilim həyat yoldaşının kim olduğunu mənə demişdi. Ondan boşanacağını və bizim evlənəcəyimizi də demişdi. Yəqinki, bunu öyrənib və məniə zəng edib təhqir yağdırmağa başladı. O, mənə ərim yaşlıdır, amma qardaşlarımın canı suludur. Gəl onları sənə verim" deyərək təhqiramiz sözlər işlədib.
7news.Az








