Ötən ay ailə quran məşhur cütlük Kadir Doğulu - Neslihan Atagül qısqandıran xoşbəxtlikləri ilə medianın diqqət mərkəzindədir.
7News.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün məşhur aktrisa, "Kara Sevda" serialının ulduzu Neslihan Atagülün doğum günüdür.
Aktrisanın əri onu sosial şəbəkədə təbrik edib. O, fotoya qeyd olaraq yazıb:
"Mənə həmişə belə sarıl, qucaqla. Həmişə xoşbəxtlikdən ağla. Həmişə gözəl üzün gülsün. Hər zaman ən az bu fotoşəkildəki gün qədər xoşbəxt olaq. Ad günün ən xoşbəxt günümdür. Yaxşı ki, doğulub mənim olmusan. Səni çox sevirəm, xanımım! Həmişə də sevəcəm./milli.az
7News.az










