7News.Az xəbər verir ki, təqribən 21-22 yaşlarında olan Salyan rayon sakini Röya Novruz qızı Hüseynova ürək nayihəsindən bıçaq zərbəsi alıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Mərhumun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi ehtimal olunur və şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi açılıb./report
7News.Az








