
7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "The smoking gun" yazır.
Polisin məlumatına əsasən, Denison 34 yaşlı xəyanətkar ərinin sol gözündən yumruq vuraraq, çoxsaylı cızıq və zədə xəsarətləri yetirib. Bununla da "hirsi soyumayan" qadın ərinin gitarasını götürərək divara çırpıb. Zərbənin gücündən divarda dəlik əmələ gəlib.

Nikol həbs olunsa da, bir gün sonra xaricə getməmək şərti ilə azadlığa buraxılıb.
Məhkəmə ona əri ilə əlaqə yaratmaq qadağası qoymayıb.
Qeyd olunur ki, artıq üç ilə yaxın evli olan cütlüyün iki övladı var.
7News.Az








