RU
Ərini şikayət etmək üçün polisə getdi, polis şöbəsində döyüldü - Azərbaycanda
12:30
328

Ərini şikayət etmək üçün polisə getdi, polis şöbəsində döyüldü - Azərbaycanda

Mingəçevirdə döyülmə faktı qeydə alınıb

   7News.Az xəbər verir ki, Mingəçevirdə Polis Şöbəsində izahat verən qadına əri tərəfindən ağır xəsarət yetirilib. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü şəhər sakini Mustafayeva Pəri Rasim qızı ailədaxili mübahisə ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinə izahat vermək üçün gəlib. Əri isə gözlənilmədən Polis Şöbəsində ona yumruq zərbələri endirib.

Sifət nahiyəsindən müxtəlif dərəcəli qapalı travma alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ