Kahramanmaraşda boşandığı əri tərəfindən məhkəməyə verildiyini eşidən qadın tikintisi davam edən binanının 10-cu mərtəbəsinə çıxaraq intihara cəhd edib.
7News.Az xəbər verir ki, 28 yaşlı H.K hadisə yerinə gələn psixoloqla 1.5 saat danışdıqdan sonra fikrindən daşınıb.
O, polislər tərəfindən aşağı endirilib.
Proseslərə şahidlik edən vətəndaşlar isə sosial məsafəni qorumağı unudublar. Ətrafdakılardan birinin lentə aldığı bu foto onların cərimələnməsinə səbəb olub. (publika.az)

7News.Az








