RU
Ərinin döydüyü azərbaycanlı qadın haqda - Braziliya məhkəməsinin qərarı
10:54
459

Ərinin döydüyü azərbaycanlı qadın haqda - Braziliya məhkəməsinin qərarı

Braziliya məhkəməsi əri tərəfindən fiziki zorakılığa məruz qalan azərbaycanlı qadın Abdulova Tamilanın xeyrinə qərar çıxarıb.

7News.az-ın əldə etdiyi məlumata görə, Abdulova Tamila Şamil qızı bir vaxtlar Azərbaycanda işləmiş Braziliya vətəndaşı Mario Serjio Vieira Dos Santos Aleksa ilə ailə qurub və nikahdan bir qız uşağı dünyaya gəlib. Sonra onlar Braziliyaya köçüblər.

Lakin fiziki zorakılığa məruz qalan qadın 22 iyulda Azərbaycanın Braziliyadakı səfirliyinə müraciət edib. Qadına qarşı zorakılıq əlamətlərini görərək Azərbaycanın Braziliyadakı səfirliyi 1963-cü il Konsulluq əlaqələrinə dair Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan vətəndaşlarına konsulluq yardımının göstərilməsi üçün Braziliyanın müvafiq dövlət qurumlarına və yerli hakimiyyət orqanlarına müraciət edib.

Rio de Janeyro ştatının İctimai Polisinin köməyi ilə Azərbaycan vətəndaşlarının təhlükəsizliyi təmin edilib. Onun əri Braziliya vətəndaşı olan Mario Serjio Vieira Dos Santos Aleksanın hüquqi qəyyumunun təyin edilməsi və atanın icazəsi olmadan T.Abdulovanın qızı Aleksa ilə birgə Braziliya ərazisini tərk etməməsi ilə bağlı iddia qaldırıb. Məsələ ilə bağlı T.Abdulova Braziliya dövləti tərəfindən ödənişsiz vəkil ilə təmin edilib və məhkəmə prosesi başlanıb.

Mario Serjio Vieira Dos Santos Braziliya mətbuatında Azərbaycanın Braziliyadakı səfirliyinə qarşı böhtan xarakterli ittihamlar səsləndirərək səfirlik tərəfindən T.Abdulovanı və onun qızını Rio de Janeyroda öz konsulluğunda gizlətdiyini iddia edib, lakin qeyd edək ki, səfirliyin Rio de Janeyroda konsulluğu mövcud deyil.

Mario Serjio Vieira Dos Santosun iddiası ilə bağlı bu ilin 26 sentyabr tarixində Rio de Janeyro ştat məhkəməsi Aleksa Mario Serjio Vyeyra Dos Santosun qəyyumluq hüququnun T.Abdulovaya verilməsi və onun anası T.Abdulovayla birgə ölkəni tərk etməsinə icazə verilməsi ilə bağlı qərar çıxardıb. Hazırda onlar Azərbaycandadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ