Rusiyanın Saxalin vilayətində yerli sakininə qarşı başqasının şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi açılıb.
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə bölgədəki Rusiya İstintaq İdarəsinin saytında bildirilib.
Belə ki, 37 yaşlı qadın ərinin telefonunda 34 yaşlı qadınla yazışmasını, o cümlədən qadının göndərdiyi intim fotoları aşkarlayıb.
Rəfiqələrinin sosial şəbəkə hesablarından istifadə edərək, o, tapdığı fotoları "intim xidmət" elanı adıyla yayıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
7News.Az








