Avstriya polisi ölkənin ən sürətlə əriyən quru buzlaqlarından biri olan Şlatenkeesdə 2001-ci ildə öldüyü güman edilən 37 yaşlı kişinin cəsədinin tapıldığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Avstriyanın Tirol bölgəsində ölkənin ən sürətlə əriyən quru buzlaqlarından birində 22 il əvvəl öldüyü güman edilən şəxsin cəsədi tapılıb. Schlatenkeesdə tapılan cəsədlə bağlı açıqlama verən yerli polis, cəsədin qalıqlarının 2001-ci ildə dağda ölən avstriyalıya aid ola biləcəyi ehtimalını nəzərdən keçirdiklərini bildirib.
7NEWS.az








