Saskiya adlı ailəli qadın pul müqabilində özünə peşəkar "qucaqlayan" tutub və tanımadığı insana onu qucaqlaması üçün saatda 80 dollar ödəyir.
Bu barədə "The Sun" yazır.
Belə ki, aktrisalıq karyerasını davam etdirmək üçün əri Arturun yanından Nyu-Yorka köçməli olan Saskiya insan toxunuşlarına ehtiyac duyduqda "Cuddlist" xidmətinə müraciət etmək qərarına gəlib.
Bu xidmət vasitəsi ilə peşəkar "qucaqlayan" tapmaq mümkündür.
Qadın qucaqlaşan zaman yaranan bağlılıq hissini sevdiyini bildirir və yoldaşının buna qarşı olmadığını deyir. O, hər kəsə qucaqlaşmağı tövsiyə edir, çünki, onun fikrincə, bu, insana özünü insan olduğunu hiss etdirir.
Artur Saskiya ilə monoqam münasibətlərinin olduğunu və qucaqlaşmanın onların birliyini pozmadığını hesab edir:
"Saskiya çox ünsiyyət qurmağı sevir, digər insanlarla özünü çox rahat hiss edir və o, çox incədir. Birlikdə olduğumuz zaman biz həmişə qucaqlaşırıq".
Qeyd edək ki, "Cuddlist" xidmətinə həftədə 200 nəfər müraciət edir. Bura üz tutan müştərilər müxtəlif yaş təbəqəsindəndir.
7News.Az








