RU
Erməni atletdə dopinq tapıldı: Olimpiadadan qovuldu
14:40
439

Erməni atletdə dopinq tapıldı: Olimpiadadan qovuldu

Gürcüstanı təmsil edən erməni atlet Benik Abramyanın qanında dopinq tapılıb. O, Tokio Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

7News.Az Beynəlxalq Dopinq-Test Agentliyinə (ITA) istinadən xəbər verir ki, erməni idmançının iyulun 31-də verdiyi testin nəticəsi müsbət çıxıb. Atletin orqanizmində dehidroxlormetil-testosteron, metandienon və tamoksifenaşkar olunub.

Qeyd edək ki, 36 yaşlı atlet bu gün mübarizəyə başlamalı idi. Lakin o, dopinq-testinin şübhəli çıxması səbəbindən müvəqqəti olaraq yarışlardan uzaqlaşdırılıb.

Xatırladaq ki, Benik Abramyan qapalı məkanlarda Gürcüstan çempionu və gümüş medalçı olub.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ