RU
Erməni Bakıda anasına heykəl qoyub - EVİNİN EYVANINDA
14:17
264

Erməni Bakıda anasına heykəl qoyub - EVİNİN EYVANINDA

Veteninfo.az xəbər verir ki,Bakıda şəhərin mərkəzində Erməni Kilsəsi yaxınlığında bir binanın eyvanında qoyulan abidə diqqətləri davamlı üzərinə çəkir.
Müxbirimiz bununla bağlı araşdırma aparıb və bu şəxsi mənzilin eyvanında qoyulan qadın heykəlinin kimə məxsus olduğun öyrənməyə çalışıb.
 
Binanın eyvanı birbaşa "Fəvvarələr"bağına baxır və deyilənə görə,vaxtilə burda imkanlı erməni yaşayıb.
 
Anası dünyasını dəyişdikdən sonra isə bu erməni anasının xatirəsin yaşatmaq üçün evinin eyvanında anasının heykəlin ucaldıb.Bu heykəl də deyilənə görə elə Bakıda vaxtilə yaşamış erməni heykəltaraş hazırlayıb.
 
Heykəl kənardan bir kitab oxuyan qadın təsəvvürü yaradır, görünür şəhərin memarlıq üslubuna nəzarət edənlər bunun bir erməni qadınına məxsus olduğunu bu günə qədər bilməyiblər.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ