RU
Erməni baş katib dindirilməyə çağırıldı - VİDEO
14:40
594

Erməni baş katib dindirilməyə çağırıldı - VİDEO

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Ermənistanın Xüsusi İstintaq Xidmətinə gedib.

7news.Az erməni KİV-ə istinadla xəbər verir ki, Xaçaturov jurnalistlərin "1 mart” hadisələri ilə bağlı dindirilməyə çağırılması barədə suala "bəli” cavabını verib. 

Qeyd edək ki, 2008-ci il martın 1-də Yuri Xaçaturov Ermənistan Müdafiə Nazirliyinin Yerevan qarnizonunun rəhbəri vəzifəsini tutub. Hazırda o, KTMT-nin baş katibidir. 

Xatırladaq ki, 2008-ci il fevralın 19-da Ermənistanda keçirilən prezident seçkilərindən 10 gün sonra baş verən etirazlar zamanı səkkiz nümayişçi və bir hərbi qulluqçu öldürülüb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ