RU
Erməni boksçu dünya çempionumuza rəqib oldu
11:23
975

Erməni boksçu dünya çempionumuza rəqib oldu

Türkiyənin Samsun şəhərində Rio-de-Janeyro Olimpiyadasına vəsiqə verən turnirdə yarımfinaldakı cütlüklər bəlli olub.

7News.Az xəbər verir ki, Azərbaycan boksçuları da rəqiblərini tanıyıb.

56 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz Cavid Çələbiyev erməni idmançı Aram Avaqyanla döyüşəcək.

64 kq çəkidə Lorenzo Sotomayor isə türkiyəli Batuhan Gözgeclə qarşılaşacaq.

Abdulqadir Abdullayev (91 kq) Lavrense Okolyo ilə münasibətlərə aydınlıq gətirəcək.

91 kq-dan yuxarı çəki dərəcəsində Məhəmmədrəsul Məcidov Ələn Əli Dəmirəzənlə üz-üzə gələcək.

Qadın boksçumuz, 60 kq çəkidə mübarizə aparan Yana Alekseyevna Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teylorla qarşılaşacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ