Hadisə işğal edilmiş Dağlıq Qarabağda baş verib.
Dağlıq Qarabağda ötən gün qumbara partlaması nəticəsində erməni əsgər ölüb.
7News.Az Armenpress-ə istinadən xəbər verir ki, hadisə günorta saatlarında hərbi hissələrin birində baş verib.
Ölən hərbçi 1997-ci il təvəllüdlü Ohanyan Sarqis Davidoviçdir.
Hadisənin təfərrüatları aydınlaşdırılır.








