RU
Erməni fəlakəti: Paşinyanın 8 ayı
14:14
584

Erməni fəlakəti: Paşinyanın 8 ayı

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkə vətəndaşlarına demokratiya, inkişaf, korrupiya ilə amansız mübarizə, iqtisadi və maliyyə problemlərinin həlli, fəlakət səviyyəsinə çatmış mühacirət və s. problemlərin qısa zamanda həllini vəd etmişdi.

Nikol Paşinyanın ssenarisi okeanın o tayında hazırlanmış "küçə inqilabı" nəticəsində hakimiyyətə gəlişindən artıq 8 ay keçib.

Ermənistanda nə dəyişib?

Faktiki olaraq, heç nə. Daha doğrusu, Ermənistanın vəziyyəti daha da pisləşib.

Paşinyanın hakimiyyətdən kənarlaşdırdığı Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov ölkədəki vəziyyəti şərh edib.

O, Facebook-dakı səhifəsində yazıb:

"2018-ci ildə baş vermiş hadisələrin top onluğunu təqdim edirəm:

1. İlk dəfə olaraq Diaspor Nazirliyi ləğv olunacaq. Bizdə Mədəniyyət Nazirliyi də olmayacaq.

2. İlk dəfə olaraq Ermənistan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postundan məhrum oldu

3. İlk dəfə olaraq Ermənistanın minlərlə vətəndaşı Yeni İli işsiz statusunda qarşılayacaq

4. İlk dəfə olaraq Ermənistanın sabiq prezidenti həbs olundu

5. İlk dəfə olaraq Dağlıq Qarabağ məsələsi Ermənistanda hakimiyyəti ələ keçirməklə müqayisədə önəmsiz oldu

6. İlk dəfə olaraq parlamentdə real müxalifət olmayacaq

7. İlk dəfə olaraq Eçmiədzindəki Erməni Apostol Kilsəsinin Dəftərxanasına hücum oldu

8. İlk dəfə olaraq bütün ermənilərin Katolikosuna hücum etdilər

9. İlk dəfə homoseksuallar polisə hücum etdilər

10. İlk dəfə olaraq dövlətin real başçısı xalqını qaralara və ağlara böldü

Və bütün bunlar cəmi 8 ay ərzində baş verib"./milli

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ