Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan 2 ay müddətinə həbs edilib.
Bu barədə onun vəkili Varazdat Arutyunyan sosial şəbəkələrdə məlumat yayıb.
O qeyd edib ki, T.Xaçatryana qarşı silahdan istifadə etməklə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, daha əvvəl məlumat verilmişdi ki, T.Xaçatryan kütləvi dava zamanı restoranda silahdan atəş açıb. Hadisə nəticəsində bir nəfər yaralanıb./report
7News.Az








